Braziliyada Azərbaycan - Qoyas Biznes Forumu keçirilib (FOTO)


Digərləri 17 Mar 2018 19:52:49 228 0

Braziliyada Azərbaycan - Qoyas Biznes Forumu keçirilib (FOTO)

16 mart 2018-ci il tarixində, Braziliyanın Qoyas Ştatının paytaxtı olan Qoyaniya şəhərində, Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyi, Qoyas Ştatının Qubernatorluğunun dəstəyi ilə, Ştatın Sənayeçiləri Federasiyasının binasında Azərbaycan – Qoyas Biznes Forumu keçirib

Bakı. 16 mart 2018-ci il tarixində, Braziliyanın Qoyas Ştatının paytaxtı olan Qoyaniya şəhərində, Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyi, Qoyas Ştatının Qubernatorluğunun dəstəyi ilə, Ştatın Sənayeçiləri Federasiyasının binasında Azərbaycan – Qoyas Biznes Forumu keçirilib. Səfirlikdən Trend-ə verilən məlumata görə, biznes forum zamanı, Ştatın Sənayeçiləri Federasiyasının vitse prezidenti Flavio Falkao tərəfindən Qoyas Ştatının investisiya potensialına dair geniş video çarx nümayiş etdirildikdən sonra, Səfir Elxan Poluxov tərəfindən, Azərbaycan Respublikasının investisiya potensialı, ölkənin xaricdəki sərmayeləri, müstəqillik illərindən bu günə dək əldə edilmiş siyasi və iqtisadi uğurlar, regional və qlobal miqyaslı layihələr, eləcədə Azərbaycan Respublikasının daxili və xarici siyasətinin nailiyyətləri və Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair etraflı təqdimat keçirilib.