Fəxriyyə Xələfova əl işini Özbəkistan muzeyinə bağışladı FOTO


Digərləri 17 Mar 2018 19:29:00 415 0

Fəxriyyə Xələfova əl işini Özbəkistan muzeyinə bağışladı  FOTO

Özbəkistanda səfərdə olan tanınmış Azərbaycan modelyeri, Əməkdar İncəsənət Xadimi, "Fakhriya Khalafova" moda evinin təsisçisi Fəxriyyə Xələfova bu gün Özbəkistan Tarixi Dövlət muzeyində olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Fəxriyə Xələfovanı Daşkənddəki "Gulnara Fashion" dəb evinin rəhbəri Gülnara Muxammedova müşayiət edib.

Muzeyin direktoru, professor Cannat İsmailova F.Xələfovaya muzey haqqında məlumat verib, qonağa hədiyyələr təqdim edib.

Fəxriyyə Xələfova Özbəkistana gəlməyindən, bu ölkənin modelyerləri ilə əməkdaşlıqdan məmnun olduğunu bildirib. O qeyd edib ki, bir gün əvvəl "Gulnara Fashion" dəb evinin rəhbəri Gülnara Muxammedova ilə əməkdaşlıq haqqında memorandum imzalanıb və bundan sonra əlaqələr daha sıx inkişaf edəcək.


Xəbərə aid fotolar