Süd vəzi biopsiyasi nədir?


Digərləri 17 Mar 2018 19:40:00 371 0

Süd vəzi biopsiyasi nədir?

Biopsiyanın 4 növü var:

1) punksion biopsiya  2) aspirasion biopsiya  3) eksizion biopsiya  4) insizion biopsiya 

1. Punksion biopsiya süd vəzinin şübhəli sahəsindən və ya törəmədən nazik iynə vasitəsi ilə hüceyrə kütləsinin götürülməsinə deyilir. 2. Aspirasion biopsiya süd vəzinin kistoz törəməsindən nazik iynə vasitəsilə icra edilir. Son.az hekimtap.az-a istinadən bildirir ki, həm müayinə, həm də müalicə məqsədi daşıyır. 3. Eksizionbiopsiya cərrahiyyə yolu ilə stasionar şəraitdə ümumi anesteziya ilə icra edilir. Bu biopsiya zamanı patoloji toxuma tam çıxarılır. 4. İnsizion biopsiya patoloji toxumanın bir hissəsinin götürülməsinə deyilir. Bunu ya tru-cut biopsiya dəyilən müayinə üsulu ilə (yerli keyitmə ilə, xüsusi avtomat və ya yarım avtomat qalın iynəsi olan tapançalar ilə olunur), ya da cərrahiyyə əməliyyat yolu ilə icra edilir.

Ambulator şəraitdə icra olunan punksion, aspirasion və tru-cut biopsiya bəzən USM və ya mammoqrafiya nəzareti altında olunur. Götürülən toxuma və ya hüceyrə materialı patomorfoloji laboratoriyaya göndərilir və mikroskop altında tədqiq olunur. Biopsiya nəticələrindən təxmini  80% xəstələrdə xoş, 20% isə bəd xassəli proses aşkarlanır.