Milyonerləri üçün torpağı azalan ölkə


Digərləri 17 Mar 2018 19:19:00 205 0

Milyonerləri üçün torpağı azalan ölkə

Super zəngin vətəndaşları üçün torpağı azalan bir ölkənin başçısı olsaydınız, nə edərdiniz?

Balaca bir ölkə təsəvvür edin - ərazisi cəmi 2 kvadrat kilometrdən bir az artıq olan ölkə. Günəşli, sakit, it nəcisi olmayan küçələri olan və gəlir vergisi olmayan bir ölkə.

Elə bir yer ki, avtomobil yarışları və yaxtaçılıq milli əyləncə növü sayılır və insanlar A nöqtəsindən B nöqtəsinə getmək üçün taksi əvəzinə vertolyot çağırırlar.

Düşünün ki, burada yaşayan insanların üçdən biri milyonerdir.

Bu kiçik oazis milyonerləri özünə o qədər maqnit kimi cəzb edir ki, günəşli sahillərinə köçmək istəyən varlıların sayı artır. Yerli hakimiyyət də bu zənginləri razı salmaqdan ötrü dənizdə süni adalar inşa etmək qərarına gəlir.

Qəribə səslənsə də, belə bir qeyri-adi yer mövcuddur.

Həmin yer Monakodur - dünyanın milyonerlər mərkəzi. Bu ölkə adambaşına düşən milyonerlərin sayına görə dünyada birincidir .

Fransanın Aralıq dənizi sahili boyu maşınla səyahət etsəniz, sərv ağacları arasında günəşdən ağaran çətirləri ilə bəzənmiş çınqıllı çimərliklər görərsiniz.

Sonra isə gözləmədiyiniz halda qarşınıza hündür sement binalar çıxacaq.

Parıldayan göydələnlər, sürətlə ötüb keçən Bugattilər və dünyaca məşhur kazinonu görər-görmək Monakoya çatdığınızdan əmin ola bilərsiniz.

Dünyanın ən çox əhali sıxlığına malik və super zənginləri üçün əyləncə məkanı sayılan bu ölkədə daşınmaz əmlak tələbatı dayanmadan artır.

Alıcıları cəlb edən dənizə baxan evlər deyil. Bu cırtdan ölkə həm də vergi cənnətidir.

Zənginlik məsələləri ilə bağlı WealthInsights təhlil mərkəzinin rəhbəri Oliver Willimas, insanların Monakoya iqtisadi səbəblər ucbatındab köçdüyünə diqqət çəkir.

"Monakoda gördüyün işin böyük hissəsinə görə gəlir və korporativ vergi yoxdur və insanların bura köçmək istəyinin əsas səbəbi vergidir. Başqa şeylərə isə sadəcə olaraq həyat tərzi daxildir," o deyir.

Willimas-ın araşdırmasına əsasən, Monakonun təxminən 38 min nəfər hesablanan əhalisinin 30 faizi milyonerdir.

"Siyahıdakı növbəti yerləri Cenevrə və Sürix kimi İsveçə şəhərləri tutur," o söyləyir.

Amma rəqəmlərin artacağı təxmin edilir.

Portier Cove tikinti sahəsi su ilə doludur

Knight Frank daşınmaz əmlak agentliyinə görə, bu xırda dövlətdə gələn 10 il ərzində 16.100 milyoner özünə ev almaq istəyinə düşəcək. Hal-hazırda isə istəmirlər. Çünki yer yoxdur.

Knight Frank-ın araşdırması göstərir ki, kvadrat metri 67 və 142 min dollar arasında dəyişən Monako, ev qiymətlərinin bahalığı üzrə dünyada birinci gəlir.