Piyadanı vurub qaçan sürücü saxlanıldı


Digərləri 17 Mar 2018 18:57:00 187 0

Piyadanı vurub qaçan sürücü saxlanıldı

Martın 16-da Bakı şəhər sakini Sadiq Şükürovun xəsarətlə xəstəxanaya gətirilməsi barədə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə məlumat daxil olub.

DİN-dən Son.az-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçlirilib və həmin gün saat 15 radələrində S.Şükürovun M.Hadi küçəsində yolu keçərkən avtomobillə vurulduğu məlum olub.

Təxirəsalınmaz tədbirlərlə yol-nəqliyyat hadisəsinin "Opel" markalı avtomobillə törədilməsi müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə həmin avtomobil Bakı-Qazax yolunun 86-cı kilometrliyində Baş Dövlət Yol Polisi İdarəsinin 7-cı tağımının əməkdaşları tərəfindən saxlanılıb. Yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin avtomobilin sürücüsü - Gürcüstan vətəndaşı İsmət Durmuşov istintaqa təhvil verilib.