Türkiyə qoşunları Afrində daha 7 yaşayış məntəqəsini azad edib


Digərləri 17 Mar 2018 18:25:00 296 0

Türkiyə qoşunları Afrində daha 7 yaşayış məntəqəsini azad edib

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin rayonunda davam edən "Zeytun budağı" əməliyyatı çərçivəsində daha 7 yaşayış məntəqəsi azad edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bugünədək Afrində azad edilən yaşayış məntəqələrinin sayı 261-ə çatıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə ordusu Afrin rayon mərkəzini tam mühasirəyə alıb.