Xorvatiya ilə Birgə Komissiyanın Azərbaycan tərəfindən yeni tərkibi təsdiq edilib


Siyasət 17 Mar 2018 18:16:00 208 0

Xorvatiya ilə Birgə Komissiyanın Azərbaycan tərəfindən yeni tərkibi təsdiq edilib

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 aprel tarixli 1174 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilir:

"Komissiyanın həmsədri

Azərbaycan Respublikasının vergilər naziri

Komissiyanın üzvləri

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri.".

Xarici İşlər Nazirliyinə bu sərəncamla edilən dəyişiklik barədə Xorvatiya Respublikası tərəfinə bildiriş göndərmək tapşırılıb.

Son.az