3,5 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə götürülüb


Digərləri 17 Mar 2018 17:53:00 197 0

3,5 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə götürülüb

Respublikanın daxili işlər orqanları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-də ümumi çəkisi 3,5 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə götürülüb.

Bakı. Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir. DİN-dən Trend-ə verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-də ümumi çəkisi 3,5 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə götürülüb. Belə ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lökbatan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Aydın Qulamovdan 2 kiloqram 305 qram marixuana və 857 qram heroin, Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Abduləzimovdan 433 qram marixuana götürülüb.