Kurtua yeni müqaviləyə "yox” dedi


İdman 17 Mar 2018 17:48:00 309 0

Kurtua yeni müqaviləyə "yox” dedi

“Chelsea”nin qapıçısı Tibo Kurtua rəhbərliyin yeni müqavilə təklifini qəbul etməyib.

Goal.az xəbər verir ki, o, tələsmək fikrində deyil. Belçika millisinin qolkiperi gələcək taleyindən narahat olmadığını da vurğulayıb: “Mən “Chelsea”yə bağlıyam. Müqavilə müddətim gələn ilin yayına qədərdir. Fikrimcə, yeni anlaşma ilə bağlı danışmağın zamanı deyil. Mövsümün sonunu gözləmək daha yaxşı olar. Gələn mövsümün sonuna qədər müqaviləmə sadiq qalacağıma əmin ola bilərsiniz. İndi bütün diqqətimizi Premyer Liqada ilk “dördlüy”ə düşməyə yönəltməliyik”.