Daha bir yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verilib (FOTO)


Digərləri 17 Mar 2018 17:44:00 231 0

Daha bir yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verilib (FOTO)

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlər davam etdirilir.

Bakı. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlər davam etdirilir. Birlikdən Trend-ə verilən məlumata görə, bu məqsədlə 2018-ci il martın 17-də Novruz bayramı ərəfəsində Beyləqan rayonunun Birinci Şahsevən kəndinə təbii qazın verilməsi kənd sakinləri tərəfindən böyük sevinclə qarşılanıb.