Gömrükdə külli miqdarda narkotik vasitə ekstazi aşkar edildi FOTO


Digərləri 17 Mar 2018 17:24:00 305 0

Gömrükdə külli miqdarda narkotik vasitə  ekstazi aşkar edildi  FOTO

Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitənin ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısı alınıb.

DGK-dan Son.az-a verilən məlumata görə, idarənin "Sınıq-Körpü" gömrük postunda Türkiyə Respublikasından Azərbaycan Respublikasına piyada sərnişin idxal xətti ilə gələn Azərbaycan Respublikasının vətəndaşları Hüseynov Nizami Çingiz oğlu, Rzayev Kamran Əli oğlu və Məmmədov Tural Kəramət oğluna məxsus əl yüklərinə piyada idxal xəttində quraşdırılmış "Heimann X-RAY" markalı rentgen aparatında gömrük nəzarəti həyata keçirilib.

Baxış zamanı gömrük nəzarətinə təqdim olunmuş bir ədəd "Fantom" markalı tozsoranın qutusunun içərisində gömrük nəzarətinə bəyan edilməyən mal olduğu aşkarlanıb. Qeyd olunan tozsoran avadanlığının içərisində sellofan paketə bükülü vəziyyətdə dərman preparatlarının olduğu müəyyənləşdirilib. Məlum olub ki, həmin dərman preparatları 903 (doqquz yüz üç) ədəd, ürək formalı, narkotik vasitə olan ekstazidir.


Xəbərə aid fotolar