Beynəlxalq Muğam Mərkəzinin “Etnik musiqi inciləri” layihəsi çərçivəsində konsert keçiriləcək


Digərləri 17 Mar 2018 17:14:00 263 0

Beynəlxalq Muğam Mərkəzinin “Etnik musiqi inciləri” layihəsi çərçivəsində konsert keçiriləcək

Martın 29-da Beynəlxalq Muğam Mərkəzinin "Etnik musiqi inciləri" layihəsi çərçivəsində konsert keçiriləcək.

Bakı. Martın 29-da Beynəlxalq Muğam Mərkəzinin "Etnik musiqi inciləri" layihəsi çərçivəsində konsert keçiriləcək. Trend-in məlumatına görə, Mərkəzdə bu layihə çərçivəsində Rumıniyadan, Moldovadan, Türkiyədən və başqa ölkələrdən gəlmiş etnik musiqiçilərin konsertləri uğurla keçib. Muğam Mərkəzi "Sound Waves" adlı daha bir uğurlu konsert-layihəyə imza atıb ki, bu layihə əsasında da İtaliyadan, İspaniyadan, Yunanıstandan, Portuqaliyadan və digər ölkələrdən gəlmiş etnik musiqiçilər səhnədə Azərbaycan muğam ifaçıları ilə birlikdə müxtəlif xalqların etnik musiqi nümunələrindən ibarət musiqi kompozisiyası yaradaraq gözəl səhnə ifaları təqdim ediblər. Martın 29-da baş tutacaq konsertdə Afina Opera Teatrının bədii rəhbəri,bəstəkar Nikos Ksantoulis qədim simli lira musiqi alətində ifa edəcək. ”Bakı virtouzları” kamera orkestrinin müşayiəti ilə musiqiçinin ifasında lira üçün yazılmış əsərlər həmçinin klassik və müasir Azərbaycan və xarici bəstəkarların əsərləri səslənəcək. Orkestrin dirijoru Əməkdar artist,beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdir. Konsertdə həmçinin Əməkdar artist İlham Nəzərov (kontratenor) və Rövşən Əmrahov (violin) iştirak edəcəklər.