Azərbaycanda prezident seçkilərində 8 namizəd mübarizə aparacaq


Digərləri 17 Mar 2018 17:08:00 206 0

Azərbaycanda prezident seçkilərində 8 namizəd mübarizə aparacaq

Azərbaycanda 11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərində 8 namizəd mübarizə aparacaq.

Bakı. Elçin Mehdiyev - Azərbaycanda 11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərində 8 namizəd mübarizə aparacaq. Trend-in məlumatına görə, bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. İclasda ilk olaraq prezidentliyə namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Cəlal oğlu Məmmədovun prezidentliyə namizəd kimi qeydə alınması məsələsinə baxılıb. MSK katibi Arifə Muxtarova bildirib ki, prezidentliyə namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Cəlal oğlu Məmmədovun prezidentliyə namizəd kimi qeydə alınması üçün əsaslar mövcuddur. MSK Sərdar Cəlal oğlu Məmmədovun prezidentliyə namizədliyinin qeydə alınmasını səsverməyə çıxararaq qəbul edib. Sonra prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Tural Abbaslının prezidentliyə namizəd kimi qeydə alınmasına baxılıb. MSK katibi Arifə Muxtarova bildirib ki, prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Tural Abbaslının prezidentliyə namizəd kimi qeydə alınması üçün əsaslar mövcud deyil. MSK məsələni səsə qoyaraq qəbul edib. İclasda prezidentliyə namizədliyi Vətəndaş və İnkişaf Partiyası (VİP) tərəfindən irəli sürülən Əli Əliyevin prezidentliyə namizəd kimi qeydə alınması məsələsinə də baxılıb. MSK katibi Arifə Muxtarova bildirib ki, prezidentliyə namizədin qeydə alınmasından imtina edilməsi barədə əsaslar mövcuddur. MSK məsələni səsə qoyaraq qəbul edib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin