MSK: Prezidentliyə namizədlərə həftədə 6 saat pulsuz efir vaxtı ayrılacaq


Siyasət 17 Mar 2018 16:56:00 316 0

MSK: Prezidentliyə namizədlərə həftədə 6 saat pulsuz efir vaxtı ayrılacaq

Azərbaycanda prezidentliyə namizədlərə həftədə 6 saat pulsuz efir vaxtı ayrılacaq.

Son.az Trend-ə istinadən bildirir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 2018-ci ilin aprelin 11-nə təyin edilmiş Azərbaycan Prezidenti seçkilərində ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə komissiyanın yaradılması və püşkatmanın keçirilməsi vaxtının və yerinin müəyyənləşdirilməsi məsələsinə baxılıb.

MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, namizədlərə İctimai Televiziyada həftədə ümumilikdə 6 saat efir vaxtı ayrılacaq.

İclasda ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə 4 nəfərdən ibarət komissiya yaradılıb.

Qərar verilib ki, püşkatma mərasimi MSK-nın 19 mart 2018-ci il tarixli iclasında keçirilsin.