Reytinqli serialda 11 qadının öldüyü təyyarədən kadrlar VİDEO


Digərləri 17 Mar 2018 16:48:00 305 0

Reytinqli serialda 11 qadının öldüyü təyyarədən kadrlar  VİDEO

11 martda İranda qəzaya uğrayan türk təyyarəsi ilə bağlı yeni məlumat əldə olunub.

Son.az Haberler-ə istinadla xəbər verir ki, 11 nəfərin öldüyü  "Başaran Holdinq"in rəhbəri Hüseyn Başarana məxsus "Bombardier Challenger 600" təyyarəsindən "Çukur" serialının çəkilişləri zamanı istifadə edilib.

Qeyd edək ki, "Bombardier Challenger 600" təyyarəsi İranda qəzaya uğrayıb. BƏƏ-nin Şarja şəhərindən İstanbula qayıdan təyyarədə 2 qadın pilot, 1 stüardessa və 8 sərnişin olub. Təyyarədə ölənlərdən biri iş adamının qızı Mine Başaran və onun 7 rəfiqəsidir. Onlar toy öncəsi subaylığa vida gecəsindən qayıdırlarmış. Mine Başaran təyyarəyə minməzdən əvvəl rəfiqələri ilə birlikdə selfi çəkib, sosial şəbəkədə yayıb. Qəza nəticəsində sağ qalan olmayıb.