MSK: Prezidentliyə namizədlərə həftədə 6 saat vaxt ayrılacaq


Digərləri 17 Mar 2018 16:47:45 262 0

MSK: Prezidentliyə namizədlərə həftədə 6 saat vaxt ayrılacaq

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 2018-ci ilin aprelin 11-ə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə komissiyanın yaradılması və püşkatmanın keçirilməsi vaxtının və yerinin müəyyən edilməsi məsələsinə baxılıb.

Bakı. Elçin Mehdiyev - Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 2018-ci ilin aprelin 11-ə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə komissiyanın yaradılması və püşkatmanın keçirilməsi vaxtının və yerinin müəyyən edilməsi məsələsinə baxılıb. Trend-in məlumatına görə, MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, namizədlərə həftədə İctimai Televiziya və Radio Yayımları Şirkətində ümumilikdə 6 saat vaxt ayrılacaq. İclasda ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə 4 nəfərdən ibarət komissiya yaradılıb. İclasda qərar verilib ki, püşkatma mərasimi Komissiyanın 19 mart 2018-ci il tarixli iclasında keçirilsin. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin