Bakı Olimpiya Stadionunda döyüş gecəsi keçirəcək


İdman 17 Mar 2018 16:32:00 265 0

Bakı Olimpiya Stadionunda döyüş gecəsi keçirəcək

Mayın 4-də Bakı Olimpiya Stadionunun (BOS) əsas meydanında WFCA-48 (World Fighting Championship Akhmat) adlı döyüş gecəsi keçiriləcək.

BOS-dan Goal.az-a verilən məlumata görə, saat 19:00-da başlanacaq tədbirin təşkilatçıları "Axmat", Azərbaycan Cüdo Federasiyası və "Olimpiya" döyüş klublarıdır.

Bu, BOS üçün tam yeni formatlı tədbir olacaq. Gecədə 10 döyüş və 1 superdöyüş təşkil ediləcək. Azərbaycanı 3 döyüşçü - Vüqar Kərəmov, Mehman Məmmədov və Bəxtiyar Arzumanov təmsil edəcək. Digər döyüşçülər Rusiya, Ukrayna, Braziliya, Qırğız Respublikası və ABŞ-dan olacaq. Superdöyüş isə iki rusiyalı - Maqomedrəsul Xasbulayev və Salman Jamaldayev arasında keçiriləcək.

Biletlər aprelin əvvəlində satışa çıxarılacaq.

Döyüşlər üçün arenanın bir hissəsi ayrılacaq və səhnə ətrafında 4 min nəfərlik tribuna quraşdırılacaq.

Qeyd edək ki, əslən azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov da "Axmat" klubunun üzvüdür.