Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun qalibləri mükafatlandırılıb (FOTO)


Digərləri 17 Mar 2018 16:00:44 232 0

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun qalibləri mükafatlandırılıb (FOTO)

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun qalibləri mükafatlandırılıb.

Bakı. Maksim Tsurkov - Bu gün Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kubokunun finalının birinci günündə qalib və mükafatçıların təltif olunması mərasimi keçirilib. Trend-in məlumatına görə, mərasimdə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qadın idman gimnastikası üzrə texniki nümayəndəsi Lyubov Adrianova, Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlanə Məmmədzadə, FIG-nin kişi idman gimnastikası üzrə texniki nümayəndəsi Xulio Markos Felipe, Milli Gimnastika Arenasının direktoru Maqsud Fərzullayev, Azərbaycan Gimnastika Federasiyasının İcraiyyə komitəsinin üzvü Mariana Vasileva, Azərbaycanın kişi idman gimnastikası üzrə yığmasının baş məşqçisi Rza Əliyev və Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov iştirak ediblər. Həmçinin Azərbaycan Gimnastika Federasiyasının qazanılan ən yüksək ballara görə xüsusi mükafatı - AGF Trophy-nin təqdim edilməsi mərasimi keçirilib. Kişilər arasında bu mükafata Gürcüstan nümayəndəsi Konstantin Kuzovkov, qadınlar arasında isə Özbəkistan idmançısı Oksana Çusovitina layiq görülüb. Mükafatı Azərbaycan Gimnastika Federasiyasının baş katibi N.Məmmədzadə və AGF-nin İcraiyyə komitəsinin üzvü M.Vasileva təqdim ediblər.