Beynəlxalq Muğam Mərkəzində Vaqif Mustafazadəyə həsr olunmuş konsert


Kriminal 17 Mar 2018 15:42:00 337 0

Beynəlxalq Muğam Mərkəzində Vaqif Mustafazadəyə həsr olunmuş konsert

Martın 15- də Beynəlxalq Muğam Mərkəzində  V.Mustafazadə adına 2 saylı Uşaq İncəsənət Məktəbinin müəllim və şagird heyətinin konserti keçirilib.

Beynəlxalq Muğam Mərkəzində caz və caz-muğam konsertləri tez-tez keçirilir. Türkiyə, ABŞ, Belçika, Fransa kimi ölkələrdən gələn ifaçılar Muğam Mərkəzinin səhnəsində uğurla çıxış ediblər.

Ənənəyə sadiq qalaraq bu il də Muğam Mərkəzində bəstəkar, pianoçu, caz-muğam üslubunun yaradıcısı, Azərbaycanın Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin doğum günü ərəfəsində görkəmli musiqiçinin yaradıcılığına həsr olunmuş konsert keçirilib.

V.Mustafazadə 16 mart 1940-cı ildə Bakı şəhərində anadan olub. Atasının ölümündən sonra, anası Zivər xanım Vaqifin tərbiyəsi ilə məşğul olmağa başlayır. Zivər xanım özü də musiqi müəlliməsi idi.

Vaqif Mustafazadə 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirərək Bakı Musiqi Akademiyasına daxil olmuşdur.Vaqif burada kiçik konsertlər verir, klublarda çıxış eləyir. O əsasən klassik caz, bluz və oynaq mahnılar ifa edirdi.Bu zaman Vaqif artıq musiqiçilər arasında məşhurlaşmışdı.

1964-cü ildən "Orero" ansamblına, "Qafqaz" caz üçlüyü"nə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik etmişdi. Beynəlxalq caz müsabiqələri və festivallarının ("Tallin-66", "Tbilisi-78","Monte-Karlo") laureatı olmuşdur.


Xəbərə aid fotolar