Dünya Kubokunda daha bir Yaponiya gimnastı qızıl medal qazanıb


Digərləri 17 Mar 2018 15:42:00 228 0

Dünya Kubokunda daha bir Yaponiya gimnastı qızıl medal qazanıb

Yaponiya gimnastı Kenta Çiba Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda paralel qollarda hərəkətlərdə qızıl medal qazanıb.

Bakı. Ənvər Məmmədov - Yaponiya gimnastı Kenta Çiba Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda paralel qollarda hərəkətlərdə qızıl medal qazanıb. Trend-in məlumatına görə, yaponiyalı gimnast 14,999 xalla birinci olub. İkinci yeri 14,666 xalla Andrey Lixovitski (Belarus), üçüncü yeri 14,366 xalla Fərhad Arıcan (Türkiyə) tutub. Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kuboku yarışının final mərhələsinə start verilib.