Ağır atletika üzrə Azərbaycan çempionatı keçiriləcək


Digərləri 17 Mar 2018 15:36:00 230 0

Ağır atletika üzrə Azərbaycan çempionatı keçiriləcək

24-25 mart tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında kişilər, qadınlar və ustadlar arasında ağır atletika üzrə Azərbaycan çempionatı keçiriləcək.

Bakı. 24-25 mart tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında kişilər, qadınlar və ustadlar arasında ağır atletika üzrə Azərbaycan çempionatı keçiriləcək. Federasiyadan Trend-ə verilən məlumata görə, Gənclər və İdman Nazirliyi və Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayacaq. Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanılmasıdır.