Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının vaxtı açıqlandı


İdman 17 Mar 2018 15:21:00 278 0

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının vaxtı açıqlandı

Martın 24-də Bakının Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında kişilər, qadınlar və ustadlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı keçiriləcək. 

Goal.az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-dək atlet qüvvəsini sınayacaq.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanılmasıdır.

Qeyd edək ki, yarış iki gün davam edəcək.