Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda iki növdə qaliblər məlum olub


Digərləri 17 Mar 2018 15:26:00 267 0

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda iki növdə qaliblər məlum olub

Bakıda Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda final mərhələsinin ilk günü yekunlaşıb.

Bakı. Bakıda Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda final mərhələsinin ilk günü yekunlaşıb. Trend-in məlumatına görə, kişi idmançıların halqalarla hərəkətlər üzrə yarışında Yunanıstan gimnastı Elefterios Petrounias 15.333 balla qalib olub. Türkiyə təmsilçisi İbrahim Çolak 2-ci (15.100), çinli Sinqyu Lan isə 3-cü (14.866) olub. Qadınların müxtəlif hündürlüklü qollarda mübarizəsində isə Çin idmançısı Ciaqi Lyu hamıdan yaxşı çıxış edib - 14.833 bal. Digər çinli Huan Luo gümüş (14.433), ukraynalı Yana Fedorova isə bürünc medala (13.033) sahib olub.