"Azərbaycanda prezident seçkiləri obyektiv və demokratik prinsiplərə uyğun keçiriləcək"


Siyasət 17 Mar 2018 15:08:00 228 0

"Azərbaycanda prezident seçkiləri obyektiv və demokratik prinsiplərə uyğun keçiriləcək"

Azərbaycan obyektiv və demokratik seçkilər keçirməklə növbəti dəfə bərabərlik və qanunun aliliyi prinsiplərinə sadiq olduğunu təsdiq edəcək.

Son.az bildirir ki, bunu Trend-ə Paraqvayın sabiq Prezidenti Fernando Armindo Luqo Mendes deyib.

O qeyd edib ki, Azərbaycan artıq bu gün demokratik cəmiyyətin inkişafına nümunəyə xidmət edir:

"Bu planda Azərbaycan bir çox nailiyyətlər əldə edib və mən ölkədə demokratik prinsiplərin gələcəkdə güclənəcəyinə qətiyyən şübhə etmirəm. Qarşıdakı prezident seçkiləri də bunu təsdiq edəcək".

Sabiq dövlət başçısı bildirib ki, 2018-ci ilin aprelində Paraqvayda da prezident seçkiləri keçiriləcək: "Ümid edirəm ki, bütün dost ölkələrdə seçkilər uğurla nəticələnəcək".

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.