AXC-nin 100 illiyi münasibətilə MUSABİQƏ elan olundu (FOTO)


Digərləri 17 Mar 2018 14:53:00 278 0

AXC-nin 100 illiyi münasibətilə MUSABİQƏ elan olundu (FOTO)

Bakıda ümumi təhsil müəssisələrinin şagirdləri arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Müstəqilliyimiz əbədidir” mövzusunda inşa yazı müsabiqəsi keçirilir.

Bakı. İlhamə İsabalayeva - Bakıda ümumi təhsil müəssisələrinin şagirdləri arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Müstəqilliyimiz əbədidir” mövzusunda inşa yazı müsabiqəsi keçirilir. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, idarənin tabeliyindəki məktəblərin IX, X və XI sinif şagirdləri arasında təşkil olunan müsabiqənin əsas məqsədi məktəbliləri milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda tərbiyə etmək, onlara Azərbaycanın tarixini, mədəniyyətini, milli irsini öyrətmək, sərbəst fikir, düşüncə tərzini formalaşdırmaq və ədəbi yaradıcılıq sahəsində istedadlarını müəyyənləşdirməkdən ibarətdir. Azərbaycan və rus dillərində keçirilən inşa yazı müsabiqəsi iki mərhələdən ibarətdir. Müsabiqənin I mərhələsi 15 mart-16 aprel tarixlərində təşkil olunur. Məktəbdaxili yarışmada hər məktəb üzrə Azərbaycan və rus bölmələrindən yalnız birinci yeri tutmuş şagirdlər II mərhələdə iştirak edəcək. İnşa yazı müsabiqəsinin II mərhələsi isə 20-25 aprel tarixlərində baş tutacaq.