Klopp: "Manchester City" ilə durumumuz fərqlidir"


İdman 17 Mar 2018 14:35:00 287 0

Klopp: "Manchester City" ilə durumumuz fərqlidir"

"Liverpool"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının 1/4 finalında "Manchester City" ilə rəqib olmalarına münasibət bildirib.

Goal.az xəbər verir ki, Klopp "Watford"la oyun öncəsi açıqlamasında klubların durumlarının fərqli olduğunu bildirib:

"Biz indi "Watford"la oyun barədə düşünürük. Sonra milli oyunlarına görə fasilə yaranacaq. Sonra isə "Crystal Palace" ilə qarşılaşacağıq. "City" ilə oyun bunlardan sonra düşünəcəyimiz işdir. "Manchester City" ilə durumumuz fərqlidir. Bu püşkü arzulayan "Manchester United" azarkeşləri idi. "Şəhərlilər" formal olaraq çempion sayılırlar, biz isə çempionatı ilk "4-lük"də bitirmək istəyirik. Situasiya belədir, ancaq bu problem deyil. Çempionlar Liqasının oyunu ərəfəsində rəqiblə oyun barədə düşünəcəyik".