İtə görə təyyarə yerə endi


Dünya 17 Mar 2018 14:18:00 320 0

İtə görə təyyarə yerə endi

ABŞ-da "United Airlines" aviaşirkətinə məxsus təyyarə planlaşdırılmamış eniş edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, buna səbəb hava gəmisinin göyərtəsində itin aşkar edilməsi olub.

Təyyarənin Nyuark-Sent-Luis marşrutu ilə hərəkət etdiyi bildirilir.

Aviaşirkətdən verilən məlumata görə, it təyyarəyə səhvən yerləşdirilib.

Sonradan o Oqayo ştatının Akron şəhərində yaşayan sahiblərinə qaytarılıb.

Təyyarənin bütün sərnişinlərinə təzminat ödəniləcəyi qeyd olunur.