İdmançı canlı yayımda hamilə aparıcının arxasına toxundu VİDEO FOTO


Digərləri 17 Mar 2018 13:58:00 255 0

İdmançı canlı yayımda hamilə aparıcının arxasına toxundu  VİDEO  FOTO

Tanınmış britaniyalı jurnalist Helen Skelton də məşhurlar tərəfindən təcavüzə uğrayanların başlatdığı #metoo kampaniyasına qoşulub. Helen bildirib ki, 3 il əvvəl, 34 yaşı olanda idmançı canlı yayım zamanı ona qarşı tərbiyəsizlik edib.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, Helen Skelton açıqlaması zamanı 2015-ci ildə keçirilən çempionat zamanı müxbir olduğunu, müsahibə aldığı şotlandiyalı idmançı Ross Mongomery-nin canlı yayım zamanı onun arxasına toxunduğunu söyləyib.

O, həmin anın görüntülərini də yayıb. Kadrlar qalmaqal yaradıb. İdmançı Ross Mongomery açıqlama vermək məcburiyyətində qalıb. O, bildirib ki, aparıcı ilə danışıb və məsələni böyütməyin yersiz olduğunu söyləyib.

"Onun arxasına pis niyyətlə toxunmamışam. Sadəcə zarafat idi. Özü ilə danışdım. Üzr istədi. Böyüdüləsi məsələ deyil".

Qeyd edək ki, hadisənin baş verdiyi zaman Helen hamilə olub.


Xəbərə aid fotolar