"Bəzi namizədlər suiistifadə edir"


Digərləri 17 Mar 2018 13:42:00 262 0

"Bəzi namizədlər suiistifadə edir"

Dövlət İmtahan Mərkəzinin (DİM) 11 və 26 yanvarda 77 dövlət orqanında mövcud olan 1315 vakant vəzifə üzrə müsabiqənin müsahibə elanı üzrə qeydiyyatdan keçmiş namizədlərlə müsahibə mərhələsi başa çatıb.

DİM-in mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, müsahibələr Bakı şəhəri, Mərkəzin Gəncə, Şəki, Şirvan, Göyçay, Lənkəran, Bərdə regional bölmələri, Mingəçevir, Quba regional "ASAN" xidmət mərkəzi daxil olmaqla 18 müxtəlif yerdə təşkil edilib.

Obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə keçirilmiş bütün müsahibələrin video çəkilişi aparılıb.