Bir zamanların ən zəngin iş adamı idi


Dünya 17 Mar 2018 13:50:00 341 0

Bir zamanların ən zəngin iş adamı idi

Bir zamanlar Avstraliyanın ən zəngin iş adamlarından olan David Qlaşeen birjada var-dövlətini itirincə bir adada yaşamağa başlayıb.

Son.az Haberler-ə istinadən xəbər verir ki, ölkəsində milyoner olan və zəngin bir həyat yaşayan David Qlaşeen 1987-ci ildə pulunun böyük bir hissəsini - 15 milyon manatını birjada itirib. 

1997-ci ildə Avstraliyanın Şərq sahillərində tropik bir ada olan Restoration adasına köçüb.

Bir dostunun məsləhəti ilə öncə 60 otaqlı lüks bir otel inşa etməyi planlaşdırdığı bu adaya gələn Qaşeen sahildəki kiçik bir klubda sevgilisi ilə yaşamağa başlayıb. Fəqət, soyuq su, hamam və rahatlıq üçün heç nəyin tapılmadığı bu tropik adada çox qala bilməyən sevgilisi milyoneri tərk edib.

Bu məqamda adanın yerli sakinlərinin otelin inşasına qarşı etdikləri şikayət Davidin son planını da yerlə bir etdi, otel inşa edilmədi. Bu son hadisə Davidin həyata baxışını tamamilə dəyişdirdi.


Xəbərə aid fotolar