Azərbaycan gimnastı idman gimnastikası üzrə Dünya Kubokunda gümüş medal qazandı


Digərləri 17 Mar 2018 13:33:00 326 0

Azərbaycan gimnastı idman gimnastikası üzrə Dünya Kubokunda gümüş medal qazandı

Azərbaycan gimnastı Marina Nekrasova Bakıda Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda gümüş medal qazanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, təmsilçimiz dayaqlı tullanma hərəkətində 14.216 balla ikinci, digər idmançımız Yuliya İnşina isə 4-cü (13.466) olub.

Özbəkistan gimnastı Oksana Çusovitina 14.300 balla birinci, slovakiyalı Tyasa Kisselef isə 3-cü (13.833) yeri tutub.

Qeyd edək ki, bu gün keçirilən final mərhələsində Azərbaycanı müxtəlif hündürlüklü qollarda Marina Nekrasova, Mariya Smirnova, dayaqlı tullanmada isə Yuliya İnşina və Marina Nekrasova təmsil edirlər.