Azərbaycan gimnastı idman gimnastikası üzrə Dünya Kubokunda gümüş medal qazandı


Digərləri 17 Mar 2018 13:30:00 196 0

Azərbaycan gimnastı idman gimnastikası üzrə Dünya Kubokunda gümüş medal qazandı

Azərbaycan gimnastı Marina Nekrasova Bakıda Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda gümüş medal qazanıb.

Bakı. Azərbaycan gimnastı Marina Nekrasova Bakıda Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda gümüş medal qazanıb. Trend-in məlumatına görə, təmsilçimiz dayaqlı tullanma hərəkətində 14.216 balla ikinci, digər idmançımız Yuliya İnşina isə 4-cü (13.466) olub. Özbəkistan gimnastı Oksana Çusovitina 14.300 balla birinci, slovakiyalı Tyasa Kisselef isə 3-cü (13.833) yeri tutub.