DÇ-2018 də videotəkrardan istifadə olunacaq?


İdman 17 Mar 2018 13:22:00 260 0

DÇ-2018 də videotəkrardan istifadə olunacaq?

Bu il Rusiyada keçiriləcək dünya çempionatında videotəkrar (VAR) sisteminin istifadəsi ilə bağlı yekun qərar verilib. 

Goal.az xəbər verir ki, FİFA prezidenti Canni İnfantino bunu qurumun şurasında açıqlayıb.

O, VAR sistemindən mundialda istifadə edilməsinin rəsmən təsdiqləndiyini söyləyib. İnfantinonun sözlərinə görə, videotəkrarlar sayəsində dünyanın ən nüfuzlu turnirində hakimlərin işi asanlaşacaq.