Narkoloji Mərkəzdə həlak olanların ailələrinə verilən yardımla bağlı


Digərləri 17 Mar 2018 13:12:00 262 0

Narkoloji Mərkəzdə həlak olanların ailələrinə verilən yardımla bağlı

Bakıda Narkoloji Mərkəzdə baş vermiş yanğın zamanı həlak olan şəxslərin ailələrinə maddi yardım ödənilməsi tam başa çatıb.

Son.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında baş nazirin müavini, yanğınla əlaqədar yaradılan komissiyanın sədri Abid Şərifov deyib. Baş nazirin müavini bildirib ki,

"Yanğın nəticəsində həlak olan hər bir şəxsin ailəsinə 10 min manat, xəsarət alanlara isə orta hesabla 500 manat maddi yardım göstərilib. Aldığı xəsarətin dərəcəsindən asılı olaraq bəzilərinə isə 1000 manat vəsait verilib. Həmin şəxslərə maddi yardımın ödənilməsində heç bir problem olmayıb".