Yapon gimnast Dünya Kubokunda sərbəst hərəkətlərdə qızıl medal qazanıb


Digərləri 17 Mar 2018 13:04:28 245 0

Yapon gimnast Dünya Kubokunda sərbəst hərəkətlərdə qızıl medal qazanıb

Yaponiyalı gimnast Kadzuma Kaya Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda sərbəst hərəkətlərdə qızıl medal qazanıb.

Bakı. Ənvər Məmmədov - Yaponiyalı gimnast Kadzuma Kaya Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda sərbəst hərəkətlərdə qızıl medal qazanıb. Trend-in məlumatına görə, yaponiyalı gimnast 14,233 xalla birinci olub. İkinci yeri 14,200 xalla Vladimir Qribuk (Ukrayna), üçüncü yeri 14,000 Rok Klarov (Sloveniya) tutub. Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kuboku yarışının final mərhələsinə start verilib.