“Trabzonspor” Ramil Şeydayevi satır


İdman 17 Mar 2018 13:00:00 283 0

“Trabzonspor” Ramil Şeydayevi satır

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin Türkiyə macərası yekunlaşa bilər.

Türkiyə mətbuatı icarə əsasında “Qarabağ”ın formasını geyinən gənc forvardın cari mövsümdəki performansı müqavilə ilə məxsus olduğu “bordo-mavililər”in ürəyincə deyil. Digər tərəfdən “Qarabağ” da onu birdəfəlik transfer etmək niyyətindədir.

Bu məsələdə əsas söz sahibi olan “Trabzonspor” Şeydayevlə bağlı qərarını mövsümün sonunda verəcək. Transfer qadağası üzündən klub yayda yeni oyunçu almaq hüququndan məhrum olacağından, icarə əsasında digər komandalarda oynayan futbolçuları yay toplanışında sınamaq fikrindədi. Onlar arasında Şeydayev də olacaq. Lakin həmkarlarımız indiki vəziyyətdə Qara dənizlilərin Ramili satmağı planlaşdırdığını vurğulayıb. Onun Azərbaycan klubundakı çıxışını diqqətlə izləyən Superliqa təmsilçisi 22 yaşlı hücumçunu satmağa müsbət baxır.

Qeyd edək ki, Ramil Şeydayev “Trabzonspor”a 2016-cı ildə “Zenit”dən keçib.