Bakıda idman gimnastikası üzrə Dünya Kuboku yarışının finalı başladı


Digərləri 17 Mar 2018 12:49:00 269 0

Bakıda idman gimnastikası üzrə Dünya Kuboku yarışının finalı başladı

Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kuboku yarışının final mərhələsinə start verilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu mərhələdə gimnastlar ayrı-ayrı alətlər üzrə finallarda öz güclərini sınayaraq medallar uğrunda mübarizə aparırlar.

Final mərhələsində Azərbaycanı müxtəlif hündürlüklü qollarda Marina Nekrasova, Mariya Smirnova, dayaqlı tullanmada isə Yuliya İnşina və Marina Nekrasova təmsil edirlər.