Norveç 20 yaşlı futbolçunun vəfatı ilə sarsıldı


İdman 17 Mar 2018 11:51:00 299 0

Norveç 20 yaşlı futbolçunun vəfatı ilə sarsıldı

Norveç futbolu Adrian Lillebekk Ovlienin ani ölüm xəbəri ilə sarsıldı.

Goal.az xəbər verir ki, Norveç II Liqasında mübarizə aparan "Konqsvinqer"də çıxış edən 20 yaşlı müdafiəçi ölkəsində gələcək vəd edən futbolçulardan hesab edilirdi. O, cəmi 20 yaşında gözlərini əbədi olaraq yumub. Adrianın klubunun yaydığı bəyanat görə, gənc futbolçu infeksiyadan dünyasını dəyişib. Məlumatı müdafiəçinin agenti Henninq Andersen də təsdiq edib: "Ağır infeksiyaya yolxub və qısa zamanda qanına yayılıb. Bizim üçün çətindir. 20 yaşlı bir dünya sakinin belə şəkildə vəfatı dözülməzdir".

Futbolçu Norveçin aşağı yaş qrupları üzrə millilərdə çıxış edib.