Sali Berişa: Bakı forumu çox səmərəli və əhəmiyyətli bir platformadır


Digərləri 17 Mar 2018 11:57:00 218 0

Sali Berişa: Bakı forumu çox səmərəli və əhəmiyyətli bir platformadır

"Qlobal Bakı Forumu dünya üçün çox əhəmiyyətli bir platformadır və mən hər dəfə burada iştirak etməkdən çox məmmunam".

Bakı. Elçin Mehdiyev – Qlobal Bakı Forumu dünya üçün çox əhəmiyyətli bir platformadır və mən hər dəfə burada iştirak etməkdən çox məmmunam. Bu barədə Trend-ə Albaniyanın sabiq prezidenti Sali Berişa deyib. S.Berişa bildirib ki, burada dünya qarşısında duran çağırışlarla bağlı çox mühüm təkliflər və fikirlər irəli sürülür, səmərəli dialoq aparılır: “Əlbəttə problemin həlli üçün onun mütləq müzakirəsi aparılmalı, təkliflər irəli sürülməlidir. Bu baxımdan Bakı forumu çox səmərəli və əhəmiyyətli bir platformadır”. S.Berişa bildirib ki, Bakı forumu hər il dünyada daha da tanınır və əhəmiyyəti artır: “Hər il keçirilən bu forum getdicə əhəmiyyətini daha da artırır. Eyni zamanda bu forum Azərbaycanın dünyada tanınması və nüfuzunun artması baxımından mühüm əhəmiyyət kəsb edir”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin