Qoşqar Təhməzli: "Azərbaycanda istehsal olunan məhsulların sertifikatlaşdırılması ləğv olunub"


Sosial 17 Mar 2018 11:43:39 324 0

Qoşqar Təhməzli: "Azərbaycanda istehsal olunan məhsulların sertifikatlaşdırılması ləğv olunub"

O bildirib ki, bu, Avropa ölkələrinə ixracla əlaqədardır

"Azərbaycanda istehsal olunan bütün məhsulların sertifikatlaşdırılması ləğv olunub".

“Report” xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Media və təhlükəsiz qida” mövzusunda keçirilən tədbirdə deyib.

O qeyd edib ki, bütün sahibkarlıq strukturları bunu bilməlidir: "Çünki bundan sonra məhsullara çeşidlər üzrə sertifikat veriləcək. Qida subyektləri qida təhlükəsizliyinə görə qeydiyyata düşəcəklər. Müəyyən araşdırmalardan sonra onlar sertifikat ala biləcəklər".

Q.Təhməzl bildirib ki, bu, Avropa ölkələrinə ixracla əlaqədardır.