"Qarabağ"ın futbolçusu Albaniya millisinin heyətinə çağırılmadı


İdman 17 Mar 2018 11:30:00 259 0

"Qarabağ"ın futbolçusu Albaniya millisinin heyətinə çağırılmadı

"Qarabağ" klubunun futbolçusu Ansi Aqolli Albaniya milli komandasının heyətinə çağırılmayıb.

Goal.az-ın məlumatına görə, yığmanın baş məşqçisi Kristian Panuççi 24 futbolçudan ibarət siyahıya 36 yaşlı futbolçunu daxil etməyib. 45 yaşlı mütəxəssis millinin təlim-məşq toplanışı üçün bəzi gənc futbolçulara dəvət göndərib.

Qeyd edək ki, Albaniya yığması martın 26-də Norveç millisi ilə yoldaşlıq oyunu keçirəcək.

Xatırladaq ki, Ansi Aqolli 2005-ci ildən Albaniya millisində çıxış edir. Təcrübəli müdafiəçi yığmada 73 oyuna çıxıb və 3 qola imza atıb.