76 yaşlı kişinin ölümünə səbəb olan sürücü saxlanıldı


Digərləri 17 Mar 2018 09:57:00 350 0

76 yaşlı kişinin ölümünə səbəb olan sürücü saxlanıldı

Gəncə şəhərində 76 yaşlı kişini avtomobillə vuraraq öldürən sürücü saxlanılıb.

Son.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib. 

Daşkəsən rayon sakini, 1993-cü il təvəllüdlü Ruzi Qafar oğlu Bayramov idarə etdiyi " VAZ -2106" markalı avtomobillə Gəncə şəhər sakini Knyaz Bayramovu vurub. Sürücü onu xəstəxanaya apararkən yolda dünyasını dəyişib.