"Saakyanın ABŞa səfəri Birləşmiş Ştatların Minsk qrupunun həmsədr ölkəsi kimi obyektivliyi barədə şübhə yaradır"


Dünya 17 Mar 2018 09:03:00 326 0

"Saakyanın ABŞa səfəri Birləşmiş Ştatların Minsk qrupunun həmsədr ölkəsi kimi obyektivliyi barədə şübhə yaradır"

"Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "prezidenti" kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfəri və Birləşmiş Ştatlar Konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsinə şərait yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə, BMT-nin Nizamnaməsinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, Azərbaycan və ABŞ arasında imzalanmış ikitərəfli sənədlərə tamamilə ziddir".

Son.az xəbər verir ki, bunu Trend-ə Ombudsman Aparatının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Aydın Səfixanlı deyib.

Onun sözlərinə görə , bu, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ-ın qərəzsizliyi və obyektivliyi barədə şübhə yaratmaqla bərabər, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı fəaliyyət kimi qiymətləndirilməlidir.

A.Səfixanlı əlavə edib ki, digər separatçı rejimlərə münasibətdə ABŞ tərəfindən xüsusi sanksiyalar tətbiq olunduğu halda, Azərbaycan torpaqlarının işğalı nəticəsində yaradılmış qondarma rejimin nümayəndələrinin Birləşmiş Ştatlara dəvət olunması ikili standartların bariz təzahürüdür.