Kompüterlər tibb işçilərinin işini asanlaşdıracaq


Digərləri 17 Mar 2018 08:51:00 263 0

Kompüterlər tibb işçilərinin işini asanlaşdıracaq

"Hewlett Packard" şirkəti tibb müəssisələrinin spesifik tələbatları nəzərə alınmaqla hazırlanan xüsusiləşdirilmiş kompüter texnikası təqdim edib.   Son.az ICTnews-a istinadən bildirir ki, kompüter qurğularının materialları uzun müddət ərzində gündəlik antiseptik vasitələrlə təmizlənməyə davamlıdır. Bundan başqa, xüsusi "HP Easy Clean" proqram təminatı təmizləmə zamanı klaviatura, sensor ekran və sensor paneli tez bloklamağa imkan verir.   İstehsal xətti bir neçə qurğudan - "HP EliteBook 840 G5 Healthcare Edition" noutbuku, "HP EliteOne 800 G4 23.8 Healthcare Edition" monobloku və "HP Healthcare Edition HC270CR" monitorundan ibarətdir. Kompüterlərin hamısı autentifikasiyanı bir giriş nöqtəsi vasitəsilə dəstəkləyən "RFID" oxuyucu qurğuları ilə təchiz edilib. Həmçinin noutbuk və monoblok avtorizə edilmiş tibbi heyətin tanınması üçün biometrik autentifikasiya funksiyasına malikdir. Qeyd edilən texnologiyalar xəstələr haqqında məlumatların mühafizəsinə, eləcə də onlara parolun daxil edilməsinə vaxt sərf etmədən daha çox diqqət yetirməyə imkan verir.   "HP EliteBook 840 G5 Healthcare Edition" noutbuku, həmçinin ekran məlumatlarını kənar baxışlardan qoruyan dördüncü nəsil "HP Sure View" sisteminə malikdir. Bundan əlavə, monoblokda ikitərəfli çıxarılabilən kamera quraşdırılıb.   Tibbi istehsal xəttinə aid qurğuların bu ilin may-iyununda Avropa ölkələri ərazisində satışa çıxarılacağı gözlənilir.