Romada polis cinayətkarı saxlayarkən 2 qadını yaralayıb


Dünya 17 Mar 2018 08:53:00 317 0

Romada polis cinayətkarı saxlayarkən 2 qadını yaralayıb

İtaliyanın paytaxtı Romada polisin açdığı atəş nəticəsində 49 yaşlı qadın və onun qızı yaralanıb.

Son.az Trend-ə istinadən bildirir ki, insident polis əməkdaşının şübhəli avtomobilə atəş açarkən baş verib.

Avtomobilin sürücüsü dayan əmrinə tabe olmayaraq sürəti artırıb və maşını polislərə doğru yönəldib.