Bakıda fəhlə binada işləyərkən ölüb


Digərləri 17 Mar 2018 08:58:00 222 0

Bakıda fəhlə binada işləyərkən ölüb

Onun ürəktutmasından öldüyü ehtimal edilir

Bakıda yarımtikili binada təmir işləri aparan yaşlı kişi iş zamanı ölüb.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Yasamal rayonunda baş verib.

1962-ci il təvəllüdlü Talıbov Məqsəd Mətləb oğlu yarımtikilidə daş daşıyarkən qəfil keçinib. .

Hadisə yerinə Yasamal Rayon Prokurorluğunun və Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları cəlb edilib.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomoiya Birliyinin Yasamal Rayon Şöbəsinə təhvil verilib.