Google virtuallığı inkişaf etdirəcək


Digərləri 17 Mar 2018 08:41:00 202 0

Google virtuallığı inkişaf etdirəcək

İnternet nəhəngi tərəfindən təqdim ediləcək yüksək sıxlıqlı ekran virtual reallıq texnologiyasını daha həqiqi edəcək.

Son.az ICTnews-a istinadən bildirir ki, "Google" şirkəti mayda keçiriləcək "Display Week 2018" sərgisində yeni nəsil virtual reallıq eynəyi üçün yüksək sıxlıqlı ekran təqdim edəcək. Bu haqda sərginin rəsmi elanında bildirilir.

Məlumata görə, "Google" şirkəti 18 meqapiksellik təsvir ölçüsünə, 4,3 düymlük diaqonala, 1443 ppi piksel sıxlığına və 120 hers tezliyinə malik OLED ekran təqdim edəcək. 1 düym üçün piksellərin sayının artırılması virtual reallığı daha da həqiqi etməlidir.