“Apple Music” istifadəçilərinin sayı 38 milyona çatdı


Digərləri 17 Mar 2018 08:35:00 257 0

“Apple Music” istifadəçilərinin sayı 38 milyona çatdı

"Apple" şirkətinin vitse-prezidenti Eddi Kyunun sözlərinə görə, "Apple Music" xidmətinin istifadəçilərinin sayı 38 milyona çatıb. 

Son.az lent.az-a istinadən xəbər verir ki, təkcə son bir il ərzində istifadəçilərin marağı iki dəfə artıb. 

Belə ki, abunəçilərin ümumi sayının 36 milyonu ödənişli versiyadan istifadə edirlər. Statistikaya əsasən, əlavənin populyarlığı durmadan artmaqdadır. 2016-cı ilin sonuna ödənişli xidmətdən 20 milyon istifadəçi istifadə edib. Bu gün isə onların sayı iki dəfə artıb.