Apple növbəti təqdimat tarixini açıqladı


Digərləri 17 Mar 2018 07:11:00 255 0

Apple növbəti təqdimat tarixini açıqladı

"Apple" korporasiyası proqramçılar üçün "WWDC" illik tədbirinin tarixini açıqlayıb.

Son.az ICTnews-a istinadən bildirir ki, konfrans 2018-ci il 4-8 iyun tarixlərində San Xose şəhərindəki "McEnery Convention Center"də keçiriləcək. Ötən il "WWDC" konfransı, həmçinin bu şəhərdə keçirilib. Zal 6 mindən çox qonaq üçün nəzərdə tutulub. Martın 22-dək iştirakçılar qeydiyyatdan keçə bilərlər.