Bakıda gənc oğlanı və 2 yaşlı körpəni avtomobil vurub


Sosial 17 Mar 2018 03:49:14 261 0

Bakıda gənc oğlanı və 2 yaşlı körpəni avtomobil vurub

Xəsarət alan piyadaların hər ikisinin vəziyyətinin ağır olduğu bildirilir

Bakının Nərimanov rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un xəbərinə görə, hadisə Həsənoğlu küçəsində qeydə alınıb.

1997-ci il təvəllüdlü Ağakişiyev Hüseyn Ramiz oğlu və 2016-ci il təvəllüdlü Fətullazadə Fatimə Nihad qızı yolu birgə keçmək istəyərkən onların hər ikisini minik avtomobili vurub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Xəsarət alanların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları sürücünü saxlayıb.